|
Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xocalı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Eldar Bağırov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.