|
Mərkəzi Qan Bankından koronavirusdan sağalan şəxslərə MÜRACİƏT

Mərkəzi Qan Bankı koronavirusdan sağalan şəxslərə müraciət edib.

Müraciətdə bildirilir ki, koronavirusdan sağalmış şəxslər hazırda ölkəmizdə müalicə alan ağır koronavirus xəstələrinə öz qanlarını hədiyyə edə bilər:

“Konvalesent plazma müalicə üsulu ilə həmin şəxslərin qanından alınmış plazma ağır xəstələrə köçürülür. Sənin mübarizən bitsə də, ölkəmizdə koronavirusla mübarizə davam edir”.

Mərkəzi Qan Bankının əlaqə nömrələri: 

907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.