|
"Qalatasaray" evdə "Trabzonspor"a uduzub

Türkiyə Super Liqasında XXX tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu bu gün baş tutub.

Çempionluq uğrunda mübarizə aparan "Trabzonspor" İstanbulda "Qalatasaray"ın qonağı olub. Qara dəniz təmsilçisi rəqibin bir saat azlıqda çıxış etdiyi görüşdən qalib ayrılıb.

"Sivasspor" "Kasımpaşa" səfərində bərabərə qalaraq, 2 xal itirib.

Autsayderlər zonasında qərarlaşan "Konyaspor"la "Rizəspor"un duelində isə birincilər sona yaxın qələbə qolunu vurublar.

Tura iyulun 6-da keçiriləcək "Kayserispor" - "Beşiktaş" (22:00) matçı ilə yekun vurulacaq.

Türkiyə Super Liqası
XXX tur
5 iyul
"Kasımpaşa" - "Sivasspor" - 0:0
"Qalatasaray" - "Trabzonspor" - 1:3
Seri, 90+3 (pen.) - Sosa, 41 (pen.); Novak, 70; Sorlot, 90+5
"Konyaspor" - "Rizəspor" - 1:0
Miya, 90+5 (pen.)