|
Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi Liviyaya səfər ediblər

Türkiyənin Müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər Liviyaya səfər ediblər.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Qətər səfərindən sonra H. Akar və Y. Gülərin Liviyaya səfər etmələrinə qərar verilib.

Ərdoğan qeyd edib ki, Türkiyənin rəsmi Liviya hökuməti ilə əməkdaşlığı davam edir.