| Xəbər 3535 dəfə oxunub
Gerye Polşada oynamaq istəyib, amma...

"Qarabağ"a qayıdan Donald Gerye karyerasını Polşada davam etdirmək istəyib.

Qol.az xəbər verir ki, bu barədə "Transfery.info" saytı məlumat yayıb. Buldirilib ki, 31 yaşlı müdafiəçi "Legiya" (Varşava) və ya "Visla" (Krakov) oynamağı arzulayıb. Ancaq sözügedən klublar haitili oyunçuya maraq göstərməyib. Buna görə də Gerye "Qarabağ"ın təklifini qəbul edərək müqavilə imzalayıb.

Qeyd edək ki, Donald Gerye 2013 - 2016-cı illərdə "Visla"da oynayıb.