| Xəbər 1257 dəfə oxunub
Bakıda səfirlik müşaviri infarktdan öldü

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi dünyasını dəyişib.

"BakuPost"un məlumatına görə, bunu "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, yazıçı-publisist Rəşad Məcid bildirib.

"Adam bəd xəbəri deməyə çəkinir, dərd üstünə dərd gətirmək istəmirsən. Amma... 30 illik dostum, şair, yazar, alim, Azərbaycanı qəlbdən-içdən sevən İrfan Çiftçi bu gecə ürək tutmasından vəfat edib. Xəbəri səfirliyin mətbuat müşaviri Hüseyn Altunalan verdi. Səfir Erkan Özaral da zəng etdi, acımızı bölüşdük.

Heç bilmirəm bu ağır vaxtda onu tanıyan dostlara bu xəbəri necə çatdıracam. Allah səbr versin!

Həyat yoldaşına, oğlanlarına başsağlığı verirəm".