| Xəbər 1051 dəfə oxunub
Xaçmazda məktəbin dam örtüyü yanıb

Xaçmaz rayonunda yanğın olub.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Palçıqoba kəndində ümumi sahəsi 550 m² olan birmərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 330 m² sahədə və bir otağının yanar konstruksiyaları 47 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.