| Xəbər 1102 dəfə oxunub
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun koronavirusa yoluxmuş həkim-bronxoloq Faiq Ağayev vəfat edib.

70 yaşlı həkim bu gecə müalicə aldığı ATU-un Tədrisi Cərrahiyyə Klinikasında həyatla vidalaşıb.

Qeyd edək ki, Faiq Ağayev Milli Vərəm Proqramının rəhbəri, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutun direktoru vəzifəsində çalışıb. O, 2009-cu ilədək bu vəzifəni icra edib.  //BAKU.WS

 

https://baku.ws/uploads/posts/2020-07/1593761344_106797375_2683964588545117_2557344923420166643_n.jpg