| Xəbər 1641 dəfə oxunub
Bakı sakinlərinə XƏBƏRDARLIQ -

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.


Musavat.com-un  Bakı Şəhər İcra Hakimiyyətinə istinadən məlumatına görə, bununla əlaqədar şəhər sakinlərinə xəbərdarlıq edilir. Bildirilir ki, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.