| Xəbər 1271 dəfə oxunub
Meksikada heç bir döyüşdə məğlub olmayan gənc boksçu vəfat edib

Meksikanın 21 yaşlı boksçusu Havyer Qonsales vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “Boxingscene” nəşri bildirib.

Qeyd edilir ki, gənc və perspektivli idmançının ölümünə onkoloji xəstəlik səbəb olub. 2019-cu ildə boynunda və qasıq sümüyünün limfatik düyünlərində şişlər aşkar edilib.

Qonsales peşəkar rinqdə 15 döyüş keçiriv. O, bu döyüşlərin hər birində qələbə qazanıb.

Havyer Qonsales həmçinin üç dəfə Meksika çempionu olub. Yüngül çəkidə çıxış edən idmançı boksla məşğul olduğu illər ərzində 180-dən çox həvəskar döyüşlərdə iştirak edib.