|
Parlament karantin qaydalarının pozulmasına görə yeni cərimələri təsdiqlədi

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

İclasda 95 deputat iştirak edir.

Musavat.com xəbər verir ki, ilk olaraq İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Sədr deyib ki, son vaxtlar ölkəmizdə koronavirus infeksiyasına yoluxmalarla bağlı artım var. Bununla əlaqədar olaraq MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsi hazırlayıb. Layihədə qoruyucu maskadan istifadə etməyənlərə görə cərimə sanksiyalarının artırılması nəzərdə tutulur. S.Qafarova bildirib ki, yalnız rəqəm dəyişikliyi nəzərdə tutulduğuna görə qanun layihəsi yalnız bir oxunuşda qəbul ediləcək.

Komitə sədri Əli Hüseynli videokonfransda olduğuna görə, layihəni deputat Nizami Səfərov təqdim edib.