| Xəbər 1229 dəfə oxunub
İngiltərə kubokunun yarımfinalında London – Mançester dueli olacaq

İngiltərə kubokunda 1/4 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

Səfərdə oynayan London təmsilçiləri minimal fərqli qələbə ilə yarımfinala adlayıb. “Çelsi” “Lester”i, “Arsenal” “Şeffild Yunayted”i üstələyib.

Digər yarımfinalçılar isə Mançesteri təmsil edəcək. Bir gün öncə qalib gələn “Mançester Yunayted”in ardınca “Mançester Siti” də 1/4 final səddini adlayıb. “Şəhərlilər” də səfərdə “Nyukasl”ı yenib.

Sonuncu oyunun fasiləsində yarımfinalın da püşkü atılıb. İyunun 18-19-da, ənənəvi olaraq Londondakı “Uembli” stadionunda, lakin bu dəfə azarkeşsiz keçiriləcək yarımfinallarda “Mançester Yunayted” – “Çelsi”, “Arsenal” – “Mançester Siti” cütləri üz-üzə gələcək.

İngiltərə kuboku
1/4 final
28 iyun
“Lester” – “Çelsi” – 0:1
Barkli, 63
“Şeffild Yunayted” – “Arsenal” – 1:2
Makqoldrik, 87 – Pepe, 25 (pen.), Sebalyos, 90
“Nyukasl” – “Mançester Siti” – 0:2
De Breyne, 37 (pen.), Sterlinq, 68