| Xəbər 1449 dəfə oxunub
"Çelsi" "Lester"i yenərək İngiltərə Kubokunun yarımfinalına çıxıb

İngiltərə Kubokunun 1/4 final matçında “Lester Siti” "Çelsi"yə məğlub olub.

“Report” xəbər verir ki, görüş Lesterdə "Kinq Pauer — Uolkers" stadionunda keçirilib və qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qol 63-cü dəqiqədə vurulub – Ross Barkli fərqlənib.

Bununla da "Çelsi" İngiltərə Kubokunun yarımfinalına çıxıb. Daha əvvəl yarışın 1/2 finalına “Norviç Siti”ni 2:1 hesabı ilə məğlub etmiş "Mançester Yunayted" çıxıb. İngiltərə Kubokunun 1/4 finalında "Şeffild Yunayted" və "Arsenal", həmçinin "Nyukasl Yunayted" ilə "Mançester “Sitir" qarşılaşacaq.