|
"Arsenal" 4 futbolçu ilə müqavilə imzalayıb

İngiltərə "Arsenal"ı futbolçusu David Luisin cari mövsümün sonunda başa çatan müqaviləsini yeniləyib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi daha 1 il London təmsilçisinin formasını geyinəcək.

"Topçular", həmçinin digər müdafiəçiləri - portuqaliyalı Sedrik Suareş və ispaniyalı Mari Vilyarla yeni müqavilə imzalayıb. İspaniya "Rel Madrid"indən icrəyə götürülən Dani Sebalyosun sözləşməsinin müddəti isə mövsümün sonunadək uzadılıb.

Qeyd edək ki, "Arsenal" 30 turdan sonra 40 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.