| Xəbər 3921 dəfə oxunub
Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, iyunun 22-də törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 77 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanıb.