| Xəbər 2607 dəfə oxunub
Sabirabad sakini iki bacı tərəfindən soyulub

Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakinləri olan iki bacı saxlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 17-də Sabirabad rayon sakini M.Aslanlının cibindən 1 100 manat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri olan iki bacı saxlanıb.

Araşdırma aparılır.