|
Daha bir ölkə dünya çempionatından imtina etdi

Yaponiya Futbol Federasiyası 2023-cü il qadınlar arasında dünya çempionatına ev sahibliyi etmək üçün verdiyi ərizəni geri götürüb. 

"Report" xəbər verir ki, qərara koronavirus pandemiyası ilə bağlı vəziyyət təsir edib. 

İlkin plana görə, mundial Tokio, Osaka və Kioto daxil olmaqla, bir sıra böyük şəhərlərdə keçirilməli idi. 

FIFA iyunun 25-də dünya çempionatına ev sahibliyi edəcək ölkəni seçəcək. Hazırda Avstraliya və Yeni Zelandiya yarışı birlikdə təşkil etmək niyyətindədir. Kolumbiya da mundial üçün namizədliyini verib. 

Qeyd edək ki, daha əvvəl Braziliya DÇ-2023-dən imtina edib.