|
Dünya Axıska Türkləri Birliyi SOCAR-a təşəkkür etdi

Dünya Axıska Türkləri Birliyinin (DATÜB) Baş direktoru Ziyatdin Kassanov SOCAR-ın Gürcüstandakı nümayəndəliyinə təşəkkür məktubu göndərib.

Musavat.com-un məlumatına görə, məktubda qeyd edilir ki, 2010-cu ildə yaradılan DATÜB  Axıska Türklərinin dövlətlərarası qeyri-hökumət təşkilatıdır. Qurum yarandığı gündən Vətənlərindən uzaqda, dünyanın 9  müxtəlif ölkəsində yaşayan axıskalı türk tələbələrinin  təhsil almaları üçün təqaüdlərin verilməsinə köməklik göstərir. Birlik Axıska sürgünün 75-ci ildönümü ərafəsində Azərbaycandan gəlib Gürcüstandakı müxtəlif universitetlərdə təhsil alan,  Axıska türkü olan tələbələrə təqaüdlərin verilməsinə görə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinə təşəkkür etmişdir.

Qeyd etmək lazımdır ki, “SOCAR Georgia” şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrin  təhsil haqqlarını ödəyir. 2019-cu ildə  bu tələbələrin sayı 1980 nəfərə çatıb.   2013-2017-ci illər ərzində şirkət tərəfindən Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə də təqaüd  verilib.