|
"Barselona" 150 milyon avroluq təklifi də rədd etdi

"Mançester Yunayted" "Barselona"nın futbolçusu Ansu Fati üçün növbəti təklif göndərib.

Qol.az "AS"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 17 yaşlı hücumçuya görə bu dəfə 150 milyon avro təklif edib. Ancaq Kataloniya klubu yenə də rədd cavabı verib.

Qeyd edək ki, "Mançester Yunayted" bundan əvvəl Fati üçün 100 milyon avro təklif etmişdi/