|
Rusiya səfiri: “Azərbaycanın COVID-19 ilə mübarizə tədbirləri bəhrəsini verir”

“Azərbaycanın koronavirusa qarşı daxili tədbirlərinin və bütün bu səylərin öz bəhrəsini verdiyinin şahidiyik”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya Günü münasibətilə keçirilən mətbuat konfransında deyib.

Səfir Azərbaycanın virusa qarşı mübarizəyə töhfə verdiyini qeyd edərək may ayında Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda sammitin keçirildiyini xatırladıb.

“Azərbaycanın koronavirusla mübarizədə bu təşəbbüsünü yüksək qiymətləndiririk”, - M.Boçarnikov bildirib.