|
Meneceri Həbib Nurməhəmmədovun atasının səhhətindən danışdı

UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdüləziz döyüşçünün məşqçisi və atası Əbdülmanaf Nurməhəmmədovun səhhəti ilə bağlı açıqlama verib.

O qeyd edib ki, koronavirus diaqnozu qoyulan 57 yaşlı mütəxəssisdə sağalma əlamətləri müşahidə olunur.

“Həbib və atası çox güclüdürlər. O yaxşılaşır. Gözlərini açıb reaksiya verir – bu, yaxşı əlamətdir. Allah vəziyyətə nəzarət edir. Biz hamımız onun yaxşı olacağına inanırıq. Hər şey yalnız onun sağlamlığından asılıdır. O yaxşılaşır, biz hamımız buna görə şadıq”, - deyə, menecer qeyd edib.