|
ABŞ-ın Milli Futbol Liqasının sabiq oyunçusu güllələnib

ABŞ-ın Milli Futbol Liqasının (NFL) keçmiş oyunçusu Donald Kolduell öldürülüb.

Bu barədə “Report” TMZ-yə istinadən xəbər verir.

Məlumata görə, sabiq idmançı silahlı hücum zamanı aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. Kolduellin anası bildirib ki, naməlum şəxslər onun oğlunun evini qarət etməyə səy göstəriblər.

Kolduell 2002-2008-ci illərdə daha çox tanınıb. O, NFL-in bir sıra klublarında, o cümlədən “San Dieqo”, “Nyu-İnqlend”, “Vaşinqton” və “Sent-Luis” komandalarında çıxış edib.