| Xəbər 3013 dəfə oxunub
Gəncədə karantin qaydalarını pozan çörək sexi aşkarlanıb

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional Qrupundan APA-nın yerli bürosuna verilən xəbərə görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.

İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb.