| Xəbər 6790 dəfə oxunub
“Devalvasiya ölkə iqtisadiyyatına dağıdıcı təsir göstərər”

Rövşən Ağayev: “Xarici borclanmaya gedilməsi qərarı indiki şərtlər daxilində gözlənilən yanaşmadır və...”

Azərbaycan bir sıra xarici maliyyə-kredit təşkilatlarından borc almağa hazırlaşır. Bu barədə açıqlamanı maliyyə naziri Samir Şərifov verib. Onun sözlərinə görə, Asiya İnkişaf Bankı lazım gəldikdə Azərbaycana maliyyə, texniki yardım göstərilməsi istiqamətində hazır olduğunu bildirib. Bununla əlaqədar Prezident bir neçə istiqamət üzərində dayanıb. Bu istiqamətlər üzrə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edilməsi və müəyyən kreditlərin və texniki ekspertizanın cəlb edilməsi tapşırılıb: “Bu sahələr əsasən su ehtiyatlarının idarə edilməsi, Naxçıvan Muxtar Respublikasında irriqasiya layihəsinin həyata keçirilməsi, xüsusi ilə peşə-təhsil sisteminin təkmilləşdirilməsi məsələsi daxildir. Həmin ölkələrin bu sahədə böyük təcrübəsi var və işlər yüksək səviyyədə qurulub. Bundan başqa, dəmir yolu l-ayihəsi barədə də fikir mübadiləsi aparılıb. Bildiyiniz kimi, Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyi Bakı-Yalama dəmir yolunun yenidən qurulması üçün kredit ayırıb.

Bu layihələri, sektoru yaxşı bildiklərinə görə, cənab Prezident dəmir yolu xəttinin cənub sərhədimizə qədər uzadılması məsələsini qaldırdı və onlar da maraqlı olduqlarını bildirdilər. Həmin istiqamətdə aidiyyəti qurumlar tərəfindən işlər həyata keçiriləcəkdir".

Qeyd edək ki, prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə bu yaxınlarda video görüşündə bəzi layihələrin həyata keçirilməsi müzakirə olunmuşdu: “Bununla əlaqədar müvafiq araşdırmalar aparıldıqdan sonra biz dövlət borcunun idarə edilməsi üzrə strategiyamıza müəyyən düzəlişlərin edilməsi məcburiyyətində qalacağıq, çünki bugünkü strategiya daha çox konservativ idi. Yəni limit var idi və bu borclanmalar nəzərdə tutulmamışdı. Bununla bağlı təkliflərimizi hazırlayıb, hökumətə, sonra da Prezidentə təqdim edəcəyik”.

Göründüyü kimi, Azərbaycan hökuməti son illərdə xarici dövlət borcunun azaldılmasını nəzərdə tutan siyasətində dəyişikliklər etmək qərarına gəlib.

S.Şərifov həmçinin pandemiyaya görə gözlənilən büdcə dəyişikliklərindən də danışaraq, bu məsələdə hökumətin tələsməsinə ehtiyac olmadığını deyib. Bildirib ki, hələlik hökumət büdcə xərclərinin təyinatını dəyişdirməklə yaranan xərcləri qarşılayır.

Azərbaycanın dövlət borclarının 94%-i xarici valyutadır – <font ...

Rövşən Ağayev

Hökumətin xarici borclanmaya getməsi nə qədər doğru addımdır? Dövlət büdcəsinə dəyişikliklərlə bağlı gözləmə mövqeyi nə qədər davam edə bilər? İqtisadçı-ekspert Rövşən Ağayevlə bu və digər suallar, maliyyə nazirinin açıqlamaları, həmçinin mövcud şəraitdə hökumətin siyasətinin müxtəlif aspektləri ilə bağlı söhbət etdik. Onunla müsahibəni təqdim edirik.

- Rövşən bəy, maliyyə nazirinin açıqlaması göstərir ki, hökumət pandemiyaya görə yaranan xərcləmələri Dövlət Neft Fondu vəsaitləri deyil, xarici kreditlər hesabına maliyyələşdirmək yolunu seçib. Sizcə, nə qədər doğru yanaşmadır?

- Dövlət borclarına dair strategiyada qarşıya bir neçə hədəf qoyulmuşdu: 2025-ci ilədək ümumi dövlət borclarının Ümumi Daxili Məhsulun 20 faizindən aşağı salınması,  dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 15 faizi keçməməsi, xarici valyutadakı borcların ümumi borclardakı payının o vaxtkı 94,3 faizdən 87 faizədək aşağı salınması, dəyişən faiz dərəcələri ilə alınan borcların xarici borclardakı çəkisinin 49,7 faizə endirilməsi, yerli maliyyə bazarlarının inkişaf etdirilməsi və sair.

İndi isə bu strategiyada dəyişiklik olunacaq. Düşünürəm ki, xarici borclanmaya gedilməsi qərarı indiki şərtlər daxilində gözlənilən yanaşmadır. Niyə? Əvvəla, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün xarici borc almaq getdikcə çətinləşir - çünki borcverən təşkilatlar şərtləri getdikcə ağırlaşdırırlar. Bu şəraitdə kredit reytinqi aşağı olan ölkələrin xarici maliyyə bazarlarından vəsait tapması xeyli dərəcədə çətinləşir. Azərbaycanın isə neftlə bağlı - ehtiyatlarının həcmi, makroiqtisadi göstəricilərinə görə kredit reytinqləri pis deyil. Ona görə də Azərbaycan hökumətinin bu yanaşmasını gözlənilən hesab edirəm ki, imkan varsa, əlindəki vəsaitləri xərcləməyib, onların yaratdığı əlverişli şərtlərlə kredit götürmək daha sərfəlidir. Ehtiyatlar hökumət üçün bu iqtisadi alətdən daha çox, siyasi alətdir: ölkədə iqtisadi-siyasi sabitliyin qorunması üçün təhlükəsizlik yastığına həmişə ehtiyac var. Buna görə də hökumət ehtiyatları maksimum qorumağa çalışır.

Bugünkü kredit reytinqlərinin sabah olacağına əminlik yoxdur. Neft bazarında qiymət dəyişiklikləri çox sürətli və əsasən qeyri-iqtisadi faktorların təsiri altında gedir. Bu baxımdan, sabah neftin qiyməti uzunmüddətli dövrdə aşağı olarsa, ehtiyatlarımız qısa müddətə əriyər. Ehtiyatlar olmadıqda isə kredit reytinqləri də indiki kimi əlverişli olmayacaq. Bu baxımdan, ehtiyatların qorunması hökumət üçün çox vacibdir.

- Borclanmanın həcmi nə qədər ola bilər?

- Hələlik pandemiyanın yaratdığı böhranın aradan qalxdığını söyləmək çox çətindir. Çünki dünya iqtisadiyyatında, xüsusilə də Avropada ciddi daralma gözlənilir. Bu şəraitdə pandemiyanın təsirlərinin nə qədər davam edəcəyini heç kim söyləyə bilməz. Azərbaycana gəlincə, aydın məsələdir ki, neftin 30-35 dollar qiyməti ilə 40-45 dollar qiyməti şəraitində hökumətin ehtiyacları fərqlidir. 5-10 dollar gəlirlə də böyük fərqə səbəb olur. Bugünkü qiymətlər - 40 dollar ətrafında qalarsa, kənardan daha az vəsait cəlb etməyə ehtiyac olacaq. Bu gün şərtlər elədir ki, hökumət, hətta maliyyə nazirinin özü də deyə bilməz ki, qarşıdakı 3-6 ay ərzində konkret bu qədər vəsaitə ehtiyac var. Amma bir reallıq var ki, neft 45 dollardan aşağı düşəndə Azərbaycanın tədiyə balansında kəsir yaranması qaçılmaz olur. Biz simulyasiya ilə qiymətləndirmə aparmışdıq, neftin qiyməti 40 dollar olarsa, tədiyə balansında maksimum 500 milyon dollar kəsir yaranar. 30-40 dollar arasında olanda kəsir 1,5-2 milyard dollara yüksələr. 30 dollardan aşağı düşəndə isə kəsir daha yüksək həcmdə olacaq.

NEFTİN UCUZLAŞMASI DEVALVASİYA RİSKİ YARADIBMI? - Hökumət nə ...

- Hökumət kənardan vəsait cəlb etmədən dövlət büdcəsini icra edə bilərmi?

- Azərbaycan hökuməti dövlət büdcəsinin xərclərini 25 faiz ixtisar etməklə neftin 30-35 dollar qiymətində də onu kənardan vəsait cəlb etmədən icra edə bilər. Bu 25 faizi ixtisar etmək də hökumət üçün çətinlik yaratmaz. Çünki büdcədə elə xərclər var ki, onları rahatlıqla ixtisar etmək olur: dövlət investisiya xərcləri, əsas bölmələrə aid edilməyən xidmət xərcləri. Bu iki maddə büdcə xərclərinin 35 faizindən yuxarısını təşkil edir. Düzdür, onların ixtisarı ölkədə iqtisadi fəallığı da aşağı salır, amma keçici bir dövr üçün hökumət buna gedə bilər. Amma 30-35 dollarlıq qiymətlər şəraitində hökumət tədiyə balansındakı kəsirin qarşısını ala bilməz.

- Dövlət büdcəsinin ixtisar olunması nə zaman reallaşa bilər, sizcə?

- Hətta maliyyə naziri kimi məlumatlı şəxs bu məsələdə dəqiq vaxt deməyə tərəddüd edirsə, müstəqil ekspertlərin buna cavab verməsi mümkün deyil. Buna görə də mən çətinlik çəkirəm deməyə ki, büdcənin icrasında nə qədər kəsir yaranacaq ki, ona yenidən baxılmasına ehtiyac duyulsun. Hökumət açıqlamalıdır ki, dövlət büdcəsini ixtisar edəcəklərmi, edəcəklərsə nə qədər edəcəklər.

Bilirsiniz, büdcənin ixtisar olunması ilə olunmaması variantları çox fərqli situasiyalar yaradır. Əgər ixtisar etməyəcəklərsə və neft qiymətləri indiki kimi olacaqsa, o zaman büdcəni icra etmək üçün Neft Fondundan əlavə vəsait cəlb olunması qaçılmazdır. Çünki gəlirlərdə ciddi azalmalar olacaq. Yox, ixtisar olunacaqsa, onda əlavə vəsaitə ehtiyac qalmayacaq.

- Elə bir variant mümkündürmü ki, büdcəni elə ixtisar etsinlər ki, Neft Fondundan transferti azaltsınlar?

- Bu, mümkün ssenari deyil. Büdcəni 20-25 faiz ixtisar etməklə, fonddan transferti saxlamaqla, gəlirlərdə olacaq azalmanı ancaq kompensasiya etmək mümkündür.

- Hökumət Milli Məclis yolu ilə dəyişiklik etmədən, xərclərin təyinatını dəyişməklə büdcənin xərclərini nə qədər azalda bilər?

-  “Büdcə sistemi haqqında” Qanunun 18.4, 18.5, 18.6-cı maddələri hökumətə imkan verir ki, büdcə daxilində dəyişikliklər aparsın. Ümumiyyətlə, bizdə qanunvericilik hökumətə Milli Məclisdə müzakirə olunmadan büdcədə ciddi dəyişikliklər etməyə hüquqlar verir. Halbuki dünyanın öndə gedən ölkələrində büdcəyə ən kiçik dəyişikliklər belə parlament müzakirələrindən keçirilməklə reallaşdırılır. Azərbaycanda bu sahədə hökumətə çox səlahiyyətlər verilir ki, mən bunu doğru hesab etmirəm. Çünki konstitusiyamıza görə, büdcəni təsdiq edən və onun üzərində nəzarəti təmin edən əsas orqan parlamentdir.

Azərbaycanda növbəti devalvasiya » Sfera.az Azərbaycanda özəl ...

Hökumət qanunvericiliyin verdiyi hüquqdan aktiv istifadə edir. Məsələn, keçən ilin büdcəsində 1 milyard manata yaxın vəsaiti “birdəfəlik təyinatlı xərc” adı altında ehtiyat fonduna keçirib oradan xərcləyib.

- Təxmini də olsa, pandemiyanın yaratdığı böhrana görə büdcəyə çatmayacaq vəsaitlərin həcmini hesablamaq mümkündürmü?

- Büdcə gəlirlərinin təxminən 13 milyard manata yaxını Vergilər Xidməti və Dövlət Gömrük Komitəsindən daxilolmalardır. Nə baş verəcəksə, bu iki mənbədə əksini tapacaq. Gömrük Komitəsi ilə bağlı maliyyə naziri deyib ki, proqnoz yüz faiz icra olunub. Belə gedərsə, komitə ilin sonunadək daxilolmaları tam həcmdə təmin edə biləcək. Qalır vergilər üzrə 7,6 milyard manatlıq daxilolma. Bunun da 2,2 milyard manatı neft şirkətlərinin ödəmələridir. Bu istiqamətdən daxilolmaların nə qədər azalacağını hesablamaq çətindir, çünki 4 aylıq icrada ciddi kəsir olmayıb. May ayının nəticələrini hələ bilmirik, iyundan isə karantin tədbirləri yumşaldılıb, iqtisadi aktivlik bərpa olunmağa başlayıb. Bu şəraitdə itki nə qədər ola bilər - tutaq ki, 20-30 faiz. Ən kobud hesablamalarla götürsək, bu gün büdcənin 2-3 milyard manat daxilolmasının azalması mümkündür. Bunu da hökumət xərcləri azaltmaqla kompensasiya edə biləcək.

- Nəhayət, əhalini ən çox maraqlandıran suala gələk: sizcə, devalvasiya təhlükəsinin sovuşduğunu söyləmək olarmı?

- Mən pandemiyaya görə dollar ajiotajı yarandığı ilk günlərdən deyirəm ki, devalvasiya ölkə iqtisadiyyatına dağıdıcı təsir göstərə bilər. Bu sahədə vəziyyəti qiymətləndirmək üçün tədiyə balansına dair məlumatlar olmalıdır əlimizdə. Təəssüflər olsun ki, bizdə bu məlumatlar çox gec açıqlanır. Tədiyə balansı manatın məzənnəsi üçün ən böyük riski formalaşdırır. Bilsək ki, hökumət məzənnəni saxlamaq üçün nə qədər pul xərcləyir, hansısa fikir yürüdə bilərik. Ümumilikdə isə neftin  indiki qiymətləri qalarsa, düşünürəm ki, devalvasiya arxa plana keçəcək. Yəni o qədər risk gözləmirəm. Lakin burada iqtisadi faktorlardan əlavə, siyasi qərar da rol oynayır. Mən iqtisadçı kimi hesab edirəm ki, devalvasiya zərurəti yoxdur.