| Xəbər 3070 dəfə oxunub
Bakıda kişini boynundan bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.