| Xəbər 3055 dəfə oxunub
ABŞ-da futbolçu məişət zorakılığına görə klubdan uzaqlaşdırıldı

ABŞ-ın "Dallas" klubu qapıçısı Cessi Qonsalesi müvəqqəti olaraq komandadan uzaqlaşdırılıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper məşqlərdə yer almayacaq.

Buna səbəb onun məişət zorakılığında ittiham olunmasıdır. Qonsales istintaq zamanı komanda ilə birlikdə ola bilməyəcək.

"Dallas" nümayəndələri istintaqa tam köməklik göstərəcəklərini və proses bitənə qədər liqa rəhbərliyi ilə yaxından əməkdaşlıq edəcəyini vəd edib.

Qeyd edək ki, Cessi Qonsales 2015-ci ildən "Dallas"da çıxış edir. O, karyerası ərzində 117 oyun keçirib. MLS-də çempionat mart ayında koronavirusa görə dayandırılıb.