|
Avropa Liqasında son 50 ilin reytinqi: Klublarımız neçəncidir?

UEFA Avropa Liqasında 1971-2020-ci illər üçün reytinq cədvəlini açıqlayıb.

"Report"un məlumatına görə, son 50 illiyin siyahısında Azərbaycanın 16 klubu yer alıb.

Yerli komandalardan ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. 69 xalı olan Ağdam təmsilçisi 983 klub arasında 118-ci pillədə qərarlaşıb.

Aktivində 34 xalı olan "Neftçi" 216-cıdır. Azərbaycan təmsilçiləri arasında ilk "3-lüy"ü "Qəbələ" (27 xal) tamamlayır. "Qırmızı-qaralar" 248-ci pillənin sahibidir.

Digər komandaların sıralaması isə aşağıdakı kimidir:

1) 118. "Qarabağ" - 69 xal

2) 216. "Neftçi" - 34 xal

3) 248. "Qəbələ" - 27 xal

4) 471. "Xəzər Lənkəran" - 10 xal

5) 601. "Zirə" - 5 xal

6) 606. "Karvan" - 5 xal

7) 631. "Bakı" - 5 xal

8) 715. "Kəpəz" - 3 xal

9) 758. "Olimpik-Şüvəlan" (AZAL) - 2 xal

10) 819. "MKT Araz" - 1 xal

11) 861. "Xəzri Buzovna" - 1 xal

12) 876. "Səbail" - xalı yoxdur

13) 902. "Simurq" - xalı yoxdur

14) 939. "Turan" - xalı yoxdur

15) 940. "Şəfa" - xalı yoxdur

16) 950 "Şəmkir" - xalı yoxdur