| Xəbər 1069 dəfə oxunub
Qırğızıstanda koronavirusdan sağalanların sayı 1340 nəfərdir

Qırğızıstanda COVID-19 koronavirusundan sağalanların sayı 1340 nəfərdir. Son 24 saat ərzində 48 xəstə evə yazılıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Norbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib.

Nazir müavini deyib ki, iki sutka ərzində 91 adam bu virusa yoluxub və xəstələnənlərin 1936 nəfərə çatıb. Bildirilib ki, sutka ərzində daha iki xəstə dünyasını dəyişib və ölənləri sayı 22 nəfər olub.