| Xəbər 1109 dəfə oxunub
"OPEK+" ölkələrinin nazirlərinin görüş vaxtı haqda yeni məlumat

OPEC Katibliyi "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) ölkələrinin nazirlər səviyyəsində görüşünü iyun ayının 6-da keçirməyi planlaşdırır.

Bu barədə "APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir.

Belə ki, əvvəlcə OPEC ölkələri, sonra bütün "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) iştirakçı dövlətlərinin görüşləri keçiriləcək.

Görüşün vaxtı hələlik rəsmi olmamasına baxmayaraq, şənbə günü görüşlərin keçirilməsi çərçivəsində hazırlıqlara başlanılıb.

Xatırladaq ki, Musavat.com-un iyunun 4-də yaydığı məlumata görə, OPEK+ texniki komitəsinin görüşü iyunun 5-dən 17-nə, nazirlərdən ibarət monitorinq komitəsinin iclası isə iyunun 8-dən 18-nə keçirilmişdi.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.