| Xəbər 967 dəfə oxunub
İtaliyanın daha bir klubu "Neftçi"nin sabiq baş məşqçisi ilə maraqlanır

İtaliyanın daha bir futbol klubu "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinlə əməkdaşlıq etmək niyyətindədir. 

"Tuttoc" nəşri xəbər verir ki, C seriyasında mübarizə aparan "İmolese" komandanı 55 yaşlı mütəxəssisə həvalə etmək istəyir. 

Bordin ötən gün klubla yollarını ayıran Canluka Atsorini əvəzləyə bilər. 

Qeyd edək ki, daha əvvəl C seriyasındakı "Sambenedetteze" klubunun da Roberto Bordini baş məşqçi vəzifəsinə təyin edə biləcəyi yazılıb. İtaliyalı baş məşqçi 2018-ci ildən bu ilin əvvəlinə qədər "Neftçi"də işləyib. O, 2018/2019 mövsümündə Azərbaycan çempionatında gümüş medal qazanıb. 
(Report.az)