| Xəbər 16469 dəfə oxunub
İlin qadını seçildi

Dünyaca məşhur "GQ" dərgisi "İlin qadını" sorğusunu aparıb.

CİA.Az Axşam.az-a istinadən xəbər verir ki, sorğunun qalibi 22 yaşlı aktrisa Serenay Sarıkaya seçilib. Aktrisa bu münasibətlə dərgiyə müsahibə verib, fotosessiya etdirib. Xasiyyətindən danışan Serenay insanları çox diqqətdə saxladığını deyib: "Müşahidəçiyəm, gözlərimlə bir insanı süzürəm. Sənətə gələndə də belə idim. Gözlərimi zilləyir, kimdənsə nəsə götürməyə çalışırdım. Bu cür öyrənmişəm."Lalə dövrün"də də tanınan sima idim. Amma "Medcezir" serialı ilə həyatım dəyişdi. Üzümə bağlı olan bütün qapılar açıldı, onun arxasında gizlənənlər isə qarşıma düzüldü. Bütün bunlar karyeramda önəmli mərhələdir".

Ata-anasından söz açan Sarıkaya onların ayrılmasından danışıb: "Valideynlərim ayrıldıqdan sonra anamla çox ev dəyişdirdik. Keçmişimə baxanda heç də pis günlər xatırlamıram. Anam da, atam da məni çox istəyib və bacardıqları qədər vaxt ayırıblar. Anam ailənin həm kişisi, həm də qadını olub".

Voleybolla, tennislə məşğul olan aktrisa ailənin ən qısaboylusu olduğunu etiraf edib: "Anam hər zaman buna görə narahat olurdu. Bir çox idman növləri ilə məşğul oldum. Daha sonra Latın Amerika rəqsini öyrəndim. Aktrisalıqdan sonra həyatımda ikinci önəmli şey rəqsdir. Ondan həzz alıram".