| Xəbər 2764 dəfə oxunub
Neft Fondunun neft-qaz gəlirləri artıb

Azərbaycanın “Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından Dövlət Neft Fonduna (ARDNF) 2 milyard 106 milyon dollar daxil olub. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 865 milyon dollar təşkil etmişdi.

ARDNF İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, bu məbləğin 120 milyon dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Beş ayda “Şahdəniz” yatağı üzrə qazın satışından əldə olunan gəlirlər (01.01.2020 - 01.06.2020 tarixinə): 66 milyon dollar təşkil edib.