|
Bakıda narkotacirdən 7 kq-a yaxın marixuana götürülüb

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb.

APA-nın məlumatına görə, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

Rayonun Nasosnu küçəsində yaşayan 1985-ci il təvəllüdlü Şəhriyar Əliyevdən 10 ədəd kibrit qutusunda 15,358 qram və iki ədəd sellofon torbada 6 kq 458 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.