|
"Real" və "Barselona"nın oyunlarının vaxtı bilindi

Koronavirus pandemiyasına görə dayandırılan və iyunun 11-də bərpa olunacaq İspaniya La Liqasının 28-ci turunun təqvimi açıqlanıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, ilk görüş iyunun 11-də “Sevilya” ilə “Betis” arasında olacaq. Ayın 14-də isə “Real” evdə “Eybar”ı qəbul edəcək. Eyni gündə “Atletiko” “Atletik”lə qarşılaşacaq. “Barselona” isə iyunun 13-də “Malyorka” ilə görüşəcək.

Qeyd edək ki, İspaniya çempionatına 58 xalla “Barselona” başçılıq edir. Aktivində 56 xal olan “ReaL” ikinci sıradadır

11 iyun

 

"Sevilya" - "Betis"

12 iyun

"Granada" - "Xetafe"
"Valensiya" - "Levante"

13 iyun

"Espanyol" - "Alaves"
"Celta" - "Vilyareal"
"Leganes" - "Valyadolid"
"Mallyorkaa" - "Barselona"

14 iyun

"Atletik" - "Atletiko"
"Real" - "Eybar""
"Real Sosyedad" - "Osasuna"