| Xəbər 1156 dəfə oxunub
Braziliyada sutka ərzində 807 nəfər koronavirusun qurbanı olub

Braziliyada koronavirusdan ölüm hallarının sayı son sutka ərzində 807 olmaqla 23 473-ə yüksəlib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Ümumilikdə ölkədə yoluxanların sayı son sutkada 11 687 olmaqla 374 898 nəfərə çatıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Braziliyanın San-Paulu (83,6 min) və Seara (39 298) ştatlarında qeydə alınıb.

İlk dəfə COVİD-19 virusu infeksiyasının ölkədə keçirilən karnavaldan bir gün sonra fevralın 26-da təsdiqləndiyi Braziliya, dünyada koronavirusa yoluxanların sayına görə ABŞ-dan sonra ikinci yerdədir.