| Xəbər 1016 dəfə oxunub
Çində ötən sutka ərzində koronavirusa 7 yoluxma halı qeydə alınıb

Çində ötən sutka ərzində 7 nəfərdə yeni növ koronavirusun aktiv forması və 29 simptomsuz yoluxma halı aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin dövlət səhiyyə komitəsi xəbər verib.

Yoluxma hallarının hamısı xaricdən gələn vətəndaşlarda qeydə alınıb: 5 yoluxma halı Daxili Monqolustan Muxtar Rayonunda, 1 yoluxma halı Futzian və digəri Şanxay əyalətlərində. Hazırda 425 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 992 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.