| Xəbər 6923 dəfə oxunub
Azərbaycanda daxili turizm üçün 4 illik strategiya hazırlanır

Azərbaycanda orta müddətli daxili turizm strategiyasının hazırlanması üçün müzakirələr başlayıb.

Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, daxili turizmin inkişafı üçün proqram işlənə bilər: “Daxili turizmin inkişafı üçün Agentliyə bir sıra təkliflər daxil olub və hazırda müzakirələr gedir. Hazırlanan lahiyə ümumilikdə 2020-2023-cü illəri əhatə edəcək, bu istiqamətdə bir sıra ölkələrin təcrübəsi var və həmin təcrübə öyrənilib”.