| Xəbər 6717 dəfə oxunub
Papa Fransis 3 aydan sonra ilk dəfə xristianlara xeyir-dua verdi

Roma Papası Fransis 3 aydan sonra ilk dəfə olaraq Müqəddəs Pyotr meydanına toplaşan xristianlara xeyir-dua verib.

Koronavirus pandemiyası səbəbi ilə Vatikanda insanların toplu şəkildə bir araya gəlməsi qadağan olunmuşdu. Lakin 3 aydan sonra yüzlərlə xristian sosial məsafə saxlayaraq Müqəddəs Pyotr meydanına toplaşıb. Roma Papası Fransis isə meydana toplaşan xristianlara kilsənin pəncərəsi önündən xeyir-dua verib.

Daha sonra Papa meydana quraşdırılan ekranlar üzərindən xristianlara səslənib: “Ətrafımızdakıları qorumalı və qorunmalıyıq. Eyni zamanda iqlim dəyişikliyinə həssas olanları da qorumalıyıq”. Papa həmçinin qaz yanacaqlarından istifadəni azaltmağa çağırış edib.