| Xəbər 7417 dəfə oxunub
Həftəsonları və bayram günlərində qadağa tətbiq edilə bilər

“Həftəsonları və bayram günlərində 2-4 günlük qadağa ilə bağlı qaydalar hazırlanıb”.

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, virusla əlaqəli göstəricilər nəzərə alınır:

“Vəziyyət dəyişərsə, önümüzdəki həftə ərzində bu, yenidən müzakirə oluna bilər”.