| Xəbər 7426 dəfə oxunub
Yeni Klinikada ağır xəstələr müalicə alır

“Təsdiq olunmayan, lakin simptomlu koronaviruslu xəstələrin müalicəsi Yeni Klinikada təşkil edilə bilər”.

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı bildirib ki, hazırda həmin klinikada, əsasən, ağır xəstələr müalicə alır:

“Oradakı şərait bizə imkan verir ki, şöbələri ayıra bilək”.