| Xəbər 7419 dəfə oxunub
Prezident 4 nəfərə dövlət mükafatı verdi - SİYAHI

Prezident İlham Əliyev 2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilib:

Nazim Timur oğlu Məmmədov;

İmaməddin Rəcəbəli oğlu Əmiraslanov;

Nadir Allahverdi oğlu Abdullayev;

Ziya Saxavəddin oğlu Əliyev.