| Xəbər 7828 dəfə oxunub
Rüstəm Usubov işdən çıxarılmasından danışdı -

“Ortada Prezident sərəncamı varsa, buna hansı şərh vermək olar. Artıq Baş Prokurorun birinci müavini deyiləm”.

Bu sözləri Gununsesi.org-un sorğusuna cavab olaraq dünən Baş Prokurorun birinci müavini vəzifəsindən azad olunan Rüstəm Usubov söyləyib.
Bundan sonra fəaliyyətinin nədən ibarət olacağına gəlincə, Rüstəm Usubov, hələlik bir şey bilmədiyini deyib:

“Bundan sonra nə olacaqsa, onu bilmirəm”.

“Mediada dəyəri yüz milyonlarla ölçülən əmlaklarınız açıqlandı, bunu hardan qazanmısınız” sualına isə baş prokurorun sabiq müavini telefonun dəstəyini asmaqla cavab verməkdən yayınıb.