| Xəbər 9919 dəfə oxunub
Günay ilə keçmiş sevgilisi arasında qalmaqal bitmir

Model Günay Musayeva və keçmiş sevgilisi, iş adamı Taha Tatlıcı arasında qalmaqal bitmir.

Bundan əvvəl Günay Taha Tatlıcının ona və oğluna şiddət göstərdiyini bildirərək polisə şikayət ərizəsi yazıb. Model sevgilisi haqqında 1 aylıq uzaqlaşdırma qərarı çıxartdırıb.

Tatlıcı isə 1 ay başa çatan kimi yenidən Günayın evinə gedərək onu təhdid edib. Günay isə qapını döyən və onu təhdid edən Tahadan canını qurtarmaq üçün qonşulardan yardım istəyib. Daha sonra gizlicə evdən çıxan model polisə gedib. O, iş adamına qarşı şikayət ərizəsi yazıb. Polis qərarı ilə Taha haqqında yenidən uzaqlaşdırma qərarı çıxartdırıb.

Qeyd edək ki, Günay aktyor Tolqa Karellə ailəli olub. Cütlük 2015-ci ildə boşanıb.

Hazırda Taha Tolqa Karelin keçmiş sevgilisi Öykü Çelik ilə eşq yaşayır.