| Xəbər 7251 dəfə oxunub
Bakıda avtomobilin vurduğu şəxs evdə öldü

Bakıda yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə mayın 18-i saat 15 radələrində paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəlldülü Rəşad Şıxəliyevin idarə etdiyi BMV markalı avtomobillə hərəkətdə olan zaman piyada keçidinin üzərində yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Zahid Məmmədovu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiirlib, oradan isə digər hospitala köçürülüb. Daha sonra xəstə evə buraxılıb. Z.Məmmədov mayınb 21-də yaşadığı mənzildə vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinaytət işi başlanılıb.