| Xəbər 728 dəfə oxunub
Bakıda zavodda usta faciəli şəkildə ölüb, cinayət işi başlanıb

Bakıda usta faciəli şəkildə ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda yerləşən zavodda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı dəzgahın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.