| Xəbər 4938 dəfə oxunub
ETSN: Dezinfeksiya maddələrinin ətraf mühitə az da olsa, neqativ təsiri var

Dezinfeksiya maddələrinin istənilən halda ətraf mühitə az da olsa, neqativ təsiri var.

"Report" xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, ilk növbədə insan həyatının sağlamlığı gəlir:

"Aidiyyəti üzrə qurumlarla danışıqlar aparılmışdı ki, dezinfeksiya maddələrinin içərisində istifadə olunan xlor və digər maddələrin qatqısı az olsun ki, ətraf mühitə maksimum dərəcədə təsir göstərsin".

Xidmət rəisi onu da qeyd edib ki, bu günə qədər heyvanlar üzərində koronavirusla əlaqəli heç bir test aparılmayıb.