| Xəbər 6702 dəfə oxunub
Türkiyə bu il Rusiyadan 3,5 milyon turistin gələcəyini gözləyir

Türkiyənin turizm sektorunda bu ildə ölkəyə 3,5 milyon nəfər turistin gələcəyini gözləyirlər.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib.

O qeyd edib ki, bu il Rusiyadan bu ölkəyə turist axını 40% azalacaq.

Nazirin sözlərinə görə, cari ilin iyul ayında Türkiyə aviaucuşların bərpa edildiyi halda, bu ölkəyə 3-3,5 milyon turist gələcəyinə ümid edir.