| Xəbər 5422 dəfə oxunub
Ermənistanın baş naziri: "Ölkədə vəziyyət çox ağırdır"

“Ermənistanda vəziyyət çox ağırdır. Biz çıxış yolu tapmalıyıq”.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edib.

Koronavirus pandemiyası dövründə hökumətin iclasında ilk dəfə tibbi maska geyən N.Paşinyan deyib ki, son 24 saat ərzində ölkədə koronavirusa yoluxma ilə əlaqədar 335 fakt qeydə alınıb. Bu virusdan ölənlərin sayı 70 nəfərə çatıb.

Paşinyan əhalini və hökumət üzvlərini məsələyə daha ciddi yanaşmağa, fövqəladə vəziyyət rejiminin tələblərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, bu gün Ermənistanda 5606 nəfər koronavirusa yoluxan var.

Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 1-dək uzadılıb.