| Xəbər 2705 dəfə oxunub
"Apple" və "Google" ABŞ-da koronaviruslu xəstələrin əlaqələrini izləməyə kömək edəcək

ABŞ-ın azı üç ştatında yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin kontaktları “Apple” və “Google” şirkətləri tərəfindən hazırlanmış texnologiya vasitəsilə izləniləcək.

“APA xəbər verir ki, bu barədə “CNBC” telekanalı məlumat yayıb.

Məlumata görə, Alabama, Şimali Dakota və Cənubi Karolina rəsmiləri ştat ərazisində “Apple” və “Google” şirkətinin birgə hazırladığı mobil tətbiqin istifadəsinə icazə verib.

Aprel ayının əvvəllərində bu iki şirkət tibb işçilərinə koronavirusa yoluxmuş insanların kontaktlarını izləməyə kömək etmək üçün güclərini birləşdiklərini açıqlayıblar. Onlar “Bluetooth” simsiz texnologiyasından istifadə sayəsində bunu etməyə imkan verən yeni texnologiya hazırlayıblar.