| Xəbər 5328 dəfə oxunub
ABŞ-dan Çinlə bağlı sənəd: "Strateji rəqabət..."
ABŞ Çinlə uzunmüddətli strateji rəqabətin olduğunu etiraf edir, amma bununla belə Vaşinqton Pekinlə maraqlarının kəsişdiyi yerdə konstruktiv qarşılıqlı fəaliyyətə və əməkdaşlığa hazırdır. Axar.az xəbər verir ki, bu məlumat ABŞ Prezident Administrasiyasının hazırladığı “ABŞ-ın Çin Xalq Respublikasına strateji yanaşması” hesabatında yer alıb. Hesabat administrasiya tərəfindən Konqres üzvlərinə təqdim edilib. Sənəddə ABŞ-ın Çinə Strateji Milli Təhlükəsizlik çərçivəsində ümumdövlət yanaşması əks olunub.